Məqalələr

Vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən malların alışının rəsmiləşdirilməsi və bu zaman yaranan vergi münasibətlərinin tənzimlənməsi bir sıra fəaliyyət növləri üzrə uçotun qurulması baxımından daha da aktuallıq qazanmışdır. Bu tip əməliyyatların aparılması üzrə 2020-ci ildən başlayaraq həm qanunvericilik, həm də texniki baxımdan bəzi yeniliklər tətbiq edilməyə başlanmışdır. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə malların alış aktı barədə 71-2-ci maddə əlavə edilmişdir. Həmiçinin, Məcəllənin 58.8-ci maddəsinə əsasən müvafiq əməliyyat üzrə vergi ödəyicisinin sahibliyində olan mallara dair alış aktının və ya...