Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında

12 İyul 2017

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

  1. “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyul 2017-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin SİYAHISI

 

  1. Andorra
  2. Anqila
  3. Antiqua və Barbuda
  4. Aruba
  5. Antil Adaları (Niderland)
  6. Baham Adaları
  7. Bəhreyn
  8. Bermud Adaları
  9. Britaniya Vircin Adaları
  10. Beliz
  11. Barbados
  12. Cəbəllütariq
  13. Cersi
  14. Dominika
  15. Honkonq (Çin)
  16. Kayman Adaları
  17. Kuk Adaları
  18. Kosta-Rika
  19. Qernsi
  20. Qrenada
  21. Liberiya
  22. Lixtenşteyn
  23. Maldiv Adaları
  24. Men Adaları
  25. Marşal Adaları
  26. Montserrat
  27. Monako
  28. Makao (Çin)
  29. Nauru
  30. Niue
  31. Panama
  32. Palau
  33. Seyşel Adaları
  34. Sent Kits və Nevis
  35. Samoa
  36. Sent Vinsent və Qrenadin
  37. Sent Lusiya
  38. Törks və Kaykos Adaları
  39. Vanuatu
  40. Vircin Adaları (ABŞ)